Eldar Həsənovun işi üzrə iki ittiham Baş Prokurorluğa göndərilib –Vəkil

25-08-2020, 00:02           
Eldar Həsənovun işi üzrə iki ittiham Baş Prokurorluğa göndərilib –Vəkil
Sabiq səfir Eldar Həsənovun ittiham olunduğu Cinayət Məcəlləsinin 308.2( vəzifə səlahiyyətlərində sui-istifadə etmə) və 308-1.1-ci ( büdcə vəsaitlərindən təyinatı üzrə istifadə etməmə) maddələri DTX-nın istintaq idarəsində aparılan cinayət işindən ayrılıb.

Bu barədə onun vəkili Adil İsmayılov məlumat verib. Vəkilin sözlərinə görə, maddələr istintaqın davam etdirilməsi üçün Baş prokurorluğa göndərilib.

“Müdafiə tərəfinin vəsatətlərini nəzərə alaraq obyektiv və ədalətli qərar qəbul etdikləri üçün Eldar Həsənovun adından DTX-nın və Baş prokurorluğun rəhbərliyinə minnətdarlığımızı bildirirəm”.

Vəkilin sözlərinə görə, Eldar Həsənov həbsini anlaşılmazlıq hesab edir, məsələnin ölkə daxilində, hüquqi müstəvidə öz həllini tapacağına ümid edir və vəsatətin təmin edilməsi onun ümidini artırıb.

Xatırladaq ki, E.Həsənova qarşı Xarici İşlər Nazirliyinin əməkdaşlarının vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə , rüşvətalma faktlarına görəDTX istintaq idarəsində cinayət işi açılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru