Sabiq deputatın qardaşı 40 min manatlıq tenderin qalibi oldu

26-08-2020, 11:43           
Sabiq deputatın qardaşı 40 min manatlıq tenderin qalibi oldu
Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.

Teref.az xəbər verir ki, tender müsabiqəsinin (kotirovka sorğusu) qalibi “Peachline” MMC olub. Milli Antidopinq Agentliyi “Beynalxalq fəaliyyət ilə bağlı dizayn işləri” üçün “Peachline” MMC-yə 39 min 875 manat 74 qəpik ödəyəcək.

Məlumat üçün bildirək ki, tender müsabiqəsinin qalibi olan “Peachline” MMC 19.01.2009-cu ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 20 manat olan MMC-nin hüquqi ünvanı “Nəsimi rayonu, Nizami, ev 121, m. 16” olaraq qeyd olunub. MMC-nin qanuni təmsilçisi Fətiyev Elruz Nuru oğludur. Elruz Fətiyev eyni zamanda “Baku Hospitality Group” MMC-nin də qanuni təmsilçisidir.

Məlumat üçün bildirək ki, Elruz Fətiyev sabiq millət vəkili, “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin Müşahidə Şurasının sədri və eyni zamanda da Azərbaycan Üzgüçülük Federasiyasının prezidenti olan Xanlar Fətiyevin qardaşıdır.

Yeniavaz.com












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru