Rusiyanın bu vilayətləri Qulinin qardaşının nəzarətinə keçir - Rusiya KİV-i

26-08-2020, 16:36           
Rusiyanın bu vilayətləri Qulinin qardaşının nəzarətinə keçir - Rusiya KİV-i
Rusiyanın Ural regionundakı əksər bazar və topdansatış məntəqələrinə bir qədər əvvəl qətlə yetirilən "Lotu Quli" ləqəbi ilə tanınan "qanuni oğru" Nadir Səlifovun qardaşı nəzarət edəcək.

Lent.az bildirir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb. Məlumatda qeyd edilir ki, Sverdlovsk, Çelyabinsk, Perm, Kurqan və regionun digər vilayət və şəhərlərindəki adıgedən ticarət məkanları "Quli"nin qardaşı Namiq Bakinskinin nəzarətinə keçəcək və ona xərac veriləcək.

Yazılanlara görə, hazırda Namiq Bakinskinin nəzarətindən kənarda qala biləcək yeganə bazar, Yekaterinburqda yerləşən 4 saylı meyvə-tərəvəz bazasıdır. Bu bazaya 4 il əvvəl qətlə yetirilmiş Rövşən Lənkəranski və hazırda həbsdə olan “Şakro Molodoy”un adamları da iddialıdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru