Moskvada son sutkada 75 nəfər koronavirusdan ölüb 21-12-2020, 05:54 Rusiya paytaxtında koronavirusa yoluxmuş və digər xəstəliklərin də aşkar olunduğu daha 75 nəfər dünyasını dəyişib.APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə Operativ Qərargah məlumat yayıb.Bununla da paytaxtda eyni diaqnozdan ölənlərin sayı 10 469-a çatıb.Qeyd edək ki, Moskvada indiyədək 735 900 insanda koronavirus aşkar olunub, 567 mindən çox insan isə müalicə olunaraq sağalıb. Facebook-da paylaş