Tovuzun Ermənistandakı kəndləri qaytarılır? - Ermənistan MN açıqlama yaydı

22-12-2020, 08:02           
Tovuzun Ermənistandakı kəndləri qaytarılır? - Ermənistan MN açıqlama yaydı
Tavuş vilayətinin iki kəndinin Azərbaycana verilməsilə bağlı yayılan xəbərlər yalandır.

Teref.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

“Müdafiə Nazirliyi Tavuş vilayətinin iki kəndindən hərbi hissələrin geri çəkilməsinə dair əmrin verildiyi və bu kəndlərin guya Azərbaycanın nəzarətinə keçəcəyi barədə yayılan məlumatları təkzib edir”, – məlumatda bildirilib.

Qeyd edək ki, bu gün bir neçə Teleqram kanalında Ermənistanın Tavuş vilayətinin iki kəndinin Azərbaycana veriləcəyi ilə bağlı məlumatlar yayılmışdı. /Qazet.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru