Daha 8 erməni hərbçinin meyiti tapıldı

24-12-2020, 12:26           
Daha 8 erməni hərbçinin meyiti tapıldı
Qarabağ münaqişəsi zonasında aparılan axtarış işləri zamanı daha 8 erməni hərbçinin meyiti tapılıb.

“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bununla da 13 noyabrdan bu günə qədər döyüş əməliyyatları ərazisində 1069 erməni əsgərinin cəsədinin tapıldığı bildirilib.

Hazırda axtarışların Şuşa, Cəbrayıl və Zəngilan ərazilərində davam etdiyi, prosesdə xilasetmə qrupları ilə birlikdə itkin düşmüş əsgər və könüllülərin valideynlərinin də iştirak etdiyi qeyd olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru