Moskva aeroportunda təyyarə zolaqdan çıxıb - VİDEO

26-12-2020, 07:11           
Moskva aeroportunda təyyarə zolaqdan çıxıb - VİDEO
Rusiyanın paytaxtında “Vnukovo” hava limanında “Boeing 747” sərnişin təyyarəsi sərt eniş edib.

Bu barədə “RİA Novosti” xəbər yayıb.

Məlumata görə, Neryungri - Moskva marşrutu üzrə hərəkət edən təyyarə uçuş-eniş zolağından 30 metr kənara çıxıb.

Təyyarədə 109 sərnişin və yeddi ekipaj üzvü olub. Heç kim xəsarət almayıb.

İlkin məlumata görə, təyyarəyə ziyan dəyməyib.oxu.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.