Dəniz quldurlarının öldürdüyü azərbaycanlının nəşi Vətənə gətiriləcək – RƏSMİ

24-01-2021, 09:27           
Dəniz quldurlarının öldürdüyü azərbaycanlının nəşi Vətənə gətiriləcək – RƏSMİ
Türkiyə Respublikasının xarici işlər naziri Mevlüt Çavuşoğlu dəniz quldurlarının Türkiyəyə məxsus gəmiyə hücumu nəticəsində gəmi heyətinin azərbaycanlı üzvünün ölümü ilə əlaqədar Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramova başsağlığı verib.

Bu barədə Yenicag.az-a Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

Nazir Ceyhun Bayramov həmkarına təşəkkür edib və xilasetmə işlərinin tezliklə uğurla nəticələnməsini arzulayıb.

Gəmi heyətinin öldürülən azərbaycanlı üzvünün nəşinin Vətənə gətirilməsi üçün əlaqələndirilmiş şəkildə müvafiq tədbirlərin həyata keçiriləcəyi qeyd olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru