“Bakı” kafesində atışma: azərbaycanlı öldürüldü - VİDEO

26-02-2021, 22:20           
“Bakı” kafesində atışma: azərbaycanlı öldürüldü - VİDEO
Rusiyanın Leninqrad vilayətinin Şlisselburq şəhərində yerləşən "Bakı” kafesində atışma baş verib.

Teref.az xəbər verir ki, atışma nəticəsində 39 yaşlı azərbaycanlı Qabil Rəşidov öldürülüb.

Onun Lənkəran şəhərinin Hirkan qəsəbəsindən olduğu bildirilir. Q.Rəşidov xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Rusiya polisinin verdiyi məlumata görə, tərəflər arasında mübahisəyə ərazidə qar təmizlənərkən kafenin reklam lövhəsinin bağlanması səbəb olub. (Axar.az)













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru