Məhbuslar avtomobili yarma vərdişlərindən istifadə edərək uşağı xilas ediblər

20-04-2021, 21:15           
Məhbuslar avtomobili yarma vərdişlərindən istifadə edərək uşağı xilas ediblər
ABŞ-ın Florida ştatında məhbuslar avtomobil yarmaq vərdişlərindən istifadə edərək maşında bağlı qalan uşağı xilas ediblər.

Azmarka.az bildirir ki,bu barədə xəbər yayıb.

Bildirilir ki, Floridalı kişi təsadüfən bir yaşlı qızını maşının içində qoyub. O, ətrafdakılardan yardım istəyib. Avtomobilin ətrafına çoxlu insanlar toplaşıb.

Həmin vaxt bir qrup məhbus yolun təmiri ilə məşğul idilər. Səs-küy onların da diqqətini cəlb edir. Məhbusların başının üzərində duran şerif Floridalı kişiyə öz yardımını təklif edir.

Uşağın anasının çəkdiyi videoda məhbus geyimində olan bir qrup insanın avtomobilin qapısını açdığı görünür.


“Bu insanlar vaxtilə səhv ediblər. Biz onları cəmiyyətə qaytarmaq üçün reabilitasiya etməyə çalışırıq. Onların bir çoxu öz təqsirlərini, səhv seçim etdiklərini bilirlər, amma həyatı yenidən yoluna qaytarmaq istəyirlər”, - deyə hüquq mühafizəçi bildirib.

Beləliklə məhbusların xüsusi bacarıqları sayəsində balaca qız sağ-salamat valideynlərinə qovuşub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru