Nyu-Yorkda Lonq Aylend rayonunda supermarketdə atışma olub.
“Qafqazinfo” CNN-ə istinadən xəbər verir ki, silahlı şəxsin açdığı atəş nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Atəş açan şəxs gizlənib. Hadisədən sonra yaxınlıqdakı məktəblər bağlanıb, sakinlərə çölə çıxmamaq tövsiyə olunub.