“Semaşko” və Klinik Xəstəxanasının baş həkimləri işdən çıxarıldı - YENİ TƏYİNATLAR

28-04-2021, 17:20           
“Semaşko” və Klinik Xəstəxanasının baş həkimləri işdən çıxarıldı - YENİ TƏYİNATLAR
1 saylı Kliniki Tibbi Mərkəz Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının baş həkimi Telman İbadov işdən çıxarılıb.

Adalet.az Musavat.com-a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlının əmri ilə onun yerinə Yevlax Rayon Mərkəzi Xəstəxanasının publik hüquqi şəxsin direktoru Azər İsmayılov təyin olunub.

Qeyd edək ki, Telman İbadov 2020-ci il Naxçıvan Ali Məclisinə seçimlərdə 45 saylı Aza seçki dairəsindən Yeni Azərbaycan Partiyasının (YAP) namizədi olub və deputatı seçilib.

1 saylı Tibbi Klinik Mərkəzin (“Semaşko") direktoru Qafarov İlham Heydər oğlu da işdən çıxarılıb.

Ramin Bayramlının əmri ilə onun yerinə Mingəçevir Şəhər Mərkəzi xəstəxanası publik hüquqi şəxsin direktoru Könül Ələkbərov təyin olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru