Ağstafada gün ərzində ikinci dəfə zəlzələ olub

4-05-2021, 08:53           
Ağstafada gün ərzində ikinci dəfə zəlzələ olub
Ağstafada gün ərzində ikinci dəfə zəlzələ olub.

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən yerli vaxtla saat 06:26-da Qazax stansiyasından 27 km şimal-şərqdə Ağstafa rayonunda zəlzələ qeydə alınmışdır. Zəlzələ hiss olunmayıb.

***

Ağstafa rayonunda zəlzələ qeydə alınıb.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, zəlzələ 3 baldan çox olub. Yeraltı təkanların fəsad törədib-törətmədiyi barədə hələ məlumat yoxdur.

Təbii hadisə Qazax rayonunda da hiss olunub.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu da saat 1:21-də Qazax stansiyasından 30 km şimal-şərqdə Ağstafa rayonunda zəlzələnin qeydə alınması barədə məlumat yayıb.

Məlumata görə, zəlzələ 3,5 bal gücündə baş verib. Zəlzələ ocağı 8 kilometr dərinlikdə yerləşib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru