Lənkəranski və Qulinin adamları Tümendə atışdi: - BAZARLAR KİMİN OLACAQ? VİDEO

14-05-2021, 11:31           
Lənkəranski və Qulinin adamları Tümendə atışdi: -
Rusiyanın Tümen şəhərində iki azərbaycanlı qanuni oğruların tərəfdarları arasında atışma baş verib.

Lent.az-ın “Tumenpro” nəşrinə istinadən məlumatına görə, şəhərin mərkəzindəki Klara Setkin küçəsində baş verən insident iştirakçıları rezin dəyənək və pnevmatik tapançalarla silahlanıblar.

Həmin şəxslərin Noyabrsk şəhərindən gəldiyi bildirilir. Hüquq-mühafizə orqanlarındakı mənbənin bildirdiyinə görə, qarşıdurma Lotu Quli və Rövşən Lənkəranskinin tərəfdarları arasında olub. Səbəbsə Tümen və Noyabrsk şəhərlərində yerləşən meyvə-tərəvəz bazalarının uğurunda imiş.

Atışma nəticəsində bir nəfər ağır yaralanıb. Polis konflikt iştirakçılarından bir neçəsini saxlaya bilib.

Hazırda araşdırmalar gedir.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru