İlon Mask bu həftə 20 milyard dollar itirdi

14-05-2021, 11:51           
İlon Mask bu həftə 20 milyard dollar itirdi
Bu həftə "Tesla Motors"un baş direktoru, məşhur milyarder İlon Maskın sərvəti 20 milyard dollardan çox azalıb. Azvision.az xəbər verir ki, bu barədə "Forbes" jurnalı xəbər yayıb.

Nəşrin məlumatına görə, Maskın sərvəti bu həftə 20,5 milyard azalaraq 145,5 milyard dollara düşüb. "Tesla"nın səhmlərinin həftənin əvvəlindən cümə axşamına kimi 15 faiz azaldığı deyilir. Eyni zamanda, "Tesla" rəhbəri hələ də "Forbes"in ən varlı adamlar siyahısında üçüncü yerdə qərarlaşıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru