Obama: "Rusiyanın aviazərbələri Suriyada humanitar vəziyyəti ağırlaşdırıb"

26-02-2016, 09:47           

Rusiyanın Hərbi-Hava Qüvvələri Suriyada hakimiyyəti gücləndirib və ölkə ərazisində humanitar vəziyyəti daha da ağırlaşdırıb. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bunu ABŞ prezidenti Barak Obama deyib.

Onun sözlərinə görə, “bu təkcə Suriyada vətəndaş müharibəsi deyil, bu, həmçinin, regional derjavalar arasında gedən proksi-müharibədir” (“kənar qüvvələrin müharibəsi”).

“Rusiyanın müdaxiləsi və onun endirdiyi aviazərbələr Əsəd rejimini gücləndirib və Suriyada humanitar fəlakəti daha da ağırlaşdırıb”, - deyə Obama qeyd edib.

O, Suriya əhalisi, xüsusən, uşaqlar arasında uzun müddətdir ki, aclığın hökm sürdüyünü vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru