Polis rəisinin özünü öldürdüyü yerdən görüntülər - VİDEO
9-07-2021, 15:37
Bakının Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin rəisi Rahib Mirzəyev intihar edib.
Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, polis rəisi bu gün səhər saatlarında xidməti otağında tabel silahı ilə özünü öldürüb.
Baş Prokurorluğun Mətbuat xidmətindən isə Trend-in sorğusuna cavab olaraq bildirilib ki, iyulun 9-da saat 11 radələrində Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Rahib Mirzəyevin istirahət otağında özünü xidməti silahı ilə ürək nahiyəsindən 1 dəfə atəş açmaqla öldürməsi ilə bağlı məlumat daxil olub.
Hazırda Baş Prokurorluğun İstintaq İdarəsinin və Daxili İşlər Nazirliyinin əməkdaşları hadisə yerindədir.
İctimaiyyətə yaxın vaxtlarda ətraflı məlumat veriləcək.