Bakıda xanım sürücü avtomobillə mağazaya girdi - Fotolar

10-07-2021, 00:06           
Bakıda xanım sürücü avtomobillə mağazaya girdi - Fotolar
Bakının Binəqədi rayonunda yol-nəqliyyatı hadisəsi zamanı bir nəfər xəsarət alıb.

Yenisabah.az xəbər verir ki, hadisə Şövkət Məmmədova və Süleyman Sani Axundov küçələrinin kəsişməsində qeydə alınıb.

Belə ki, “KİA” markalı nəqliyyat vasitəsini idarə edən xanım sürücü sükan arxasında yuxulayıb.

Sükana nəzarətin itirilməsi avtomobilin yoldan çıxmasına səbəb olub.

Nəqliyyat vasitəsi inşaat malları mağazasına çırpılıb.

Nəticədə sürücü xəsarət alıb.

Hadisə yerinə Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru