İşlədiyi uşaq bağçasında 21 nəfərə təcavüz edən kişi saxlanılıb

10-07-2021, 07:22           
İşlədiyi uşaq bağçasında 21 nəfərə təcavüz edən kişi saxlanılıb
Kolumbiyada uşaq bağçasında işləyərkən 21 uşağa təcavüz edən İsmael Dario Loperu adlı kişi həbs olunub.

Bu barədə Kolumbiyanın Medelin şəhərinin meri Daniel Kintero Kalye öz “Twitter” səhifəsində məlumat yayıb.

Qeyd olunur ki, hadisə Kolumbiyada geniş rezonans doğurub.

Məhz bu hadisədən sonra Kolumbiyada uşaqlara qarşı zorakılıq əməllərinə görə ömürlük həbs cəzası ilə bağlı qanunun qəbul edilib.

Kolumbiya prezidenti İvan Duke isə Loperuya “həbsxanada çürüməyi” arzu edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru