Azərbaycanda avtomobilə atəş açdılar - YARALILAR VAR

12-07-2021, 16:55           
Azərbaycanda avtomobilə atəş açdılar -
Göyçayda silahlı şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Göyçay Rayon Polis Şöbəsinə iyulun 10-da saat 23 radələrində Ləkçıplaq kəndi ərazisində kənd sakini N.Rüstəmovun sərxoş vəziyyətdə xuliqanlıq zəminində Kürdəmir rayon sakini F.Həsənova məxsus "Kia" markalı avtomobilin istiqamətində 2 dəfə tüfəngdən atəş açması və orada olan 5 nəfərə sıyrıq və qırma xəsarətləri yetirməsi barədə məlumat daxil olub.

Onlara xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində N.Rüstəmov saxlanılıb. Ondan cinayətin aləti olan "TOZ" markalı ov tüfəngi götürülüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru