Çində mehmanxana binasının çökməsi nəticəsində ölənlərin sayı 17-yə çatıb

14-07-2021, 08:31           
Çində mehmanxana binasının çökməsi nəticəsində ölənlərin sayı 17-yə çatıb
Çinin Tszyansu əyalətində mehmanxana binasının çökməsi nəticəsində ölənlərin sayı artıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Suçjou şəhərinin Utszyan rayonunun rəhbərliyinin "WeChat" sosial şəbəkəsindəki rəsmi səhifəsində deyilir.

Məlumata əsasən, bina çökən zaman mehmanxanada 23 nəfər olub. Hadisə nəticəsində 17 nəfər ölüb, 5 nəfər yaralanıb, 1 nəfər isə xəsarət almayıb.

Qeyd edək ki, mehmanxana binasının çökməsi iyulun 12-si baş verib. Binanın çökmə səbibi araşdırılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru