Sürücü alov içində olan avtobusun 25 azyaşlı sərnişinini xilas edib - FOTO

14-07-2021, 08:41           
Sürücü alov içində olan avtobusun 25 azyaşlı sərnişinini xilas edib - FOTO
İtaliyanın şimalında salonunda 25 nəfər uşağın olduğu avtobus tuneldə alışaraq yanmağa başlayıb.

Bu barədə “Corriere della Sera” nəşri məlumat yayıb.

Mənbə qeyd edir ki, xoşbəxtlikdən avtobusun sürücüsü 25 uşağın hamısını sərnişin avtobusunun salonundan çıxartmağı bacarıb.

Tamamilə yanaraq yarasız hala düşən avtobus uşaqları yay düşərgəsinə aparırmış. İlkin məlumata görə, yanğın təkərin partlaması səbəbindən baş verib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru