İçkili şəxs hər kəsin gözü qabağın eyvandan yerə yıxıldı - VİDEO

15-07-2021, 08:35           
İçkili şəxs hər kəsin gözü qabağın eyvandan yerə yıxıldı - VİDEO
Sosial şəbəkələrdə içkili şəxsin hər kəsin gözü qarşısında eyvandan yerə yıxılması barədə görüntülər yayılıb.

“Dvaç” “Telegram” kanalının məlumatına görə, hadisə Rusiyanın Pervouralsk şəhərində baş verib.

Videoda kişinin eyvanın günlüyündə dayanması görünür. Hadisə yerinə artıq yanğınsöndürənlər cəlb olunmuşdu. Onlar kişinin rahat düşə bilməsi üçün pilləkəni dördüncü mərtəbəyə qaldırırlar. Kişi pilləkənlə düşmək istəyəndə isə səndərləyir və yerə yıxılır.

Məlumata görə, o, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru