Gürcüstanda azərbaycanlı ailə güllələndi - ölənlər və yaralananlar var

21-07-2021, 13:07           
Gürcüstanda azərbaycanlı ailə güllələndi -
Gürcüstanın Marneuli rayonunun azərbaycanlıların yaşadığı Yuxarı Saral kəndində qətl hadisəsi baş verib.

“Report”un yerli bürosu xəbər verir ki, silahlı şəxs bir ailəyə basqın edib.

Hadisə zamanı iki nəfər ölüb, digər iki nəfər isə ağır yaralanıb. Xəsarət alanlar xəstəxanaya çatdırılıb.

Silahlı insidentin səbəbi hələ məlum deyil.

Qətli törədən şəxsin artıq saxlanıldğı bildirilir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.