Floridada binanın çökməsi nəticəsində zərərçəkənlər və ölənlərin yaxınlarına 150 milyon dollar veriləcək

22-07-2021, 08:07           
Floridada binanın çökməsi nəticəsində zərərçəkənlər və ölənlərin yaxınlarına 150 milyon dollar veriləcək
Florida ştatının Mayami şəhəri yaxınlığındakı Sörfsaydda yaşayış binasının çökməsi nəticəsində zərərçəkənlər və ölənlərin yaxınlarına ən azı 150 milyon dollar təzminat veriləcək.

Trend-in "Fox News" telekanalına istinadən verdiyi məlumata görə, bu barədə Mayami-Deyd dairəsinin məhkəməsinin qərarında deyilir.

Məlumata əsasən, sözügedən məbləğin 50 milyon dolları sığorta üzrə ödənişlərə, 100 milyon dolları isə sakinlərin evsiz qalması ilə əlaqədar ödəniləcək: "Məhkəmə ilk növbədə zərərçəkənləri düşünür. Onların hüquqları qorunacaq".

Xatırladaq ki, iyunun 24-nə keçən gecə Sörfsaydda yaşayış binası çöküb. Yaşayış binasının çökməsi nəticəsində 97 nəfər həlak olub, 37 nəfəri isə xilas etmək mümkün olub.шаблоны для dle 11.2



Loading...



Loading...





Loading...

Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.