“Ford” pilotsuz taksilər istifadəyə verəcək

22-07-2021, 10:18           
“Ford” pilotsuz taksilər istifadəyə verəcək
ABŞ-ın avtomobil nəhəngi “Ford” şirkəti pilotsuz texnologiyaların yaradıcısı “Argo Al”la birlikdə taksi xidməti üzrə onlayn-servis olan “Lyft”in müştəriləri üçün pilotsuz taksilər istifadəyə verəcək.

Bizim.Media xəbər verir ki, bu ilin sonuna kimi Mayami, 2022-ci ilin – Ostin şəhərlərinin sakinləri yeni nəqliyyatdan istifadə edəcək.

Məlumata görə, avtomobil parkında ən azından 100 pilotsuz taksi olacaq. Onların sayının yaxın 5 ildə 10 dəfəyə kimi artırılması hədəflənir.

“Lyft” öz növbəsində “Argo Al”ın 2,5 % səhmlərini əldə edəcək və istifadəçilərin səfərləri barədə məlumatları təqdim edəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru