Tortun içindən 200 min dollarlıq kokain çıxdı - FOTO

24-07-2021, 07:24           
Tortun içindən 200 min dollarlıq kokain çıxdı - FOTO
ABŞ-da polis tort görünüşü verilmiş kokain partiyasını ələ keçirib.

Bu barədə Men Narkotiklə Mübarizə İdarəsi özünün Facebook səhifəsində məlumat verib.

Bildirilir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları narkotik maddə tranziti barədə bir xəbərdarlıq alıb. Onlar şübhəlinin maşınını saxlayıblar. Avtomobildə bir kişi və bir qadın olub.

Polis itlərin köməyi ilə kabinədə qanunsuz maddələrin olduğunu müəyyən edib. Axtarış zamanı məlum olub ki, tortun içində iki kiloqram kokain gizlədilib. Tapılan kokainin pərakəndə dəyəri 200 000 dollardır (340 000 manat).
















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru