Ordumuz düşmənin cavabını verdi: Erməni hərbçi başından vuruldu

24-07-2021, 10:50           
Ordumuz düşmənin cavabını verdi:
Ermənistan Müdafiə Nazirliyinin növbəti yalanı üzə çıxıb.

NOCOMMENT.az xəbər verir ki, düşmən tərəfi ötən gün Basarkeçər rayonu ərazisində 3 hərbi qulluqçusunun yaralandığını, lakin onların həyatı üçün heç bir təhlükə olmadığını bildirmişdi.

Amma “Azataqrum” hərəkatının sədri, jurnalist Mika Badalyan yaralı hərbçilərdən birinin durumunun kritik olduğunu açıqlayıb.

“Bizdə olan məlumata görə, yaralı hərbçilərdən ikisi Akunk kəndindəndir. Onların yaraları yüngüldür. Amma Razdan şəhərindən olan hərbçimizin vəziyyəti kritikdir. O hazırda Vardenisdə (Basarkeçər) əməliyyat olunur”.

Erməni hərbçinin başından güllə yarası aldığı bildirilir.
modern.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru