Cənubi Afrikada rekord soyuqlar

25-07-2021, 00:04           
Cənubi Afrikada rekord soyuqlar
Ötən sutka ərzində Cənubi Afrika Respublikasının (CAR) müxtəlif şəhərlərində rekord aşağı temperatur qeydə alınıb.

Teref.az xəbər verir ki, CAR meteorologiya xidməti ölkənin bir sıra şəhərlərində 19 yeni rekordun müəyyən edildiyini bildirib. Yohannesburq şəhərində havanın hərarəti mənfi 7 dərəcəyədək enib. Şəhərdə əvvəlki aşağı temperatur rekordu 1995-ci il iyulun 19-da qeydə alınmışdı – mənfi 6,3 dərəcə. Kimberli şəhərində isə termometrlər mənfi 9,9 dərəcəni göstərib. 2000-ci ildə burada havanın hərarəti mənfi 8,1 dərəcəyə enmişdi.

Ölkənin bəzi rayonlarına qar yağıb. Meteoroloqlar yaxın zamanlarda temperaturun normaya düşəcəyini proqnozlaşdırırlar. Teleqraf.com












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru