Rusiyalı nazir davadan sonra vəfat etdi

25-07-2021, 11:18           
Rusiyalı nazir davadan sonra vəfat etdi
Rusiyanın Amur vilayyətinin rabitə naziri Aleksandr Kurdyukov vəfat edib.

“RİA Novosti” xəbər verir ki, nazir istirahətdə olduğu zaman turbazaların birində baş verən davada iştirak edib.

Bundan sonra o, kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq A.Kurdyukovun həyatını xilas etmək mümkün olmayıb.

Hüquq-mühafizə oraqanları hadisə ilə bağlı hələ ki açıqlama verməyiblər.

Qeyd edək ki, A.Kurdyukovun 40 yaşı var idi və Rusiyada ən gənc nazirlərdən biri hesab olunurdu. O bu vəzifəyə 2021-ci ilin yanvarında təyinat alıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru