Ukraynada axtarışda olan “kabus” ləqəbli azərbaycanlı oğru saxlanılıb

25-07-2021, 15:48           
Ukraynada axtarışda olan “kabus” ləqəbli azərbaycanlı oğru saxlanılıb
Onu paytaxtın Peçerskiy rayon polisi xüsusi əməliyyat nəticəsində tutub

Ukraynanın paytaxtı Kiyevdə “kabus” ləqəbli uzun zamandır axtarılan Azərbaycan vətəndaşı oğru saxlanılıb.

Kiyev şəhər polisindən verilən məlumata görə, Bakı şəhər, Səbael rayonunda qeydiyyatda olan, 1967-ci il təvəllüdlü Kərimov Şahin Abbas oğlu ötən gün saxlanılıb.

Onu paytaxtın Peçerskiy rayon polisi xüsusi əməliyyat nəticəsində tutub.

“Kabus” adlandırılan azərbaycanlı oğru uzun zamandır müxtəlif statuslu ailələrin evlərinə girib qarətlər edib.

Ötən günə qədər müxtəlif səylərə baxmayaraq, onu yaxalamaq mümkün olmayıb.

Məhkəmə onun barəsində həbs qətimkan tədbiri seçib. (report)













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru