Sülhməramlı ların gözü qarşısında atışma - Düşmən laçın koridorunda hücüm etdi

26-07-2021, 20:30           
Sülhməramlı ların gözü qarşısında atışma - Düşmən laçın koridorunda hücüm etdi
Hazırda Azərbaycan-Ermənistan sərhədində gərginlik davam edir.
Teref.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu dəfə Laçın rayonu ilə Ermənistanın Gorus rayonunun sərhədində, Laçın dəhlizinə yaxın ərazidə iki tərəf arasında atışma qeydə alınıb.

Hadisə sülhməramlı qüvvələrin Laçın dəhlizində qurduğu posta yaxın ərazidə baş verib.

Rusiya KİV-lərinin yaydığı məlumata görə, atışma zamanı azı 1 erməni hərbçi yaralanıb. Lakin Rusiya sülhməramlıları Azərbaycan və Ermənistan tərəfi arasındakı atışmaya müdaxilə etməyib.

Qeyd edək ki, hələlik hadisə barədə rəsmi məlumat verilməyib.(Modern.az)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru