Türkiyədə müalicə alan qazimiz vəfat etdi – VİDEO

29-07-2021, 15:53           
Türkiyədə müalicə alan qazimiz vəfat etdi – VİDEO
Türkiyədə müalicə alan qazimiz vəfat edib.
Bakupost.az – ın məlumatına görə, Vətən müharibəsi qazisi, baş leytenant Cahangirli Habil Həzər oğlu bu gün səhər saatlarında müalicə aldığı Ankaranın Hacettepə xəstəxanasında dünyasını dəyişib.
Məlumata görə, onun nəşinin Azərbaycana gətirilməsində problem yaranıb.
Qeyd edək ki, o Bakıda “German” hospitalda əməliyyat olunmuşdu. Həkim səhlənkarlığı ucbatından yarasına infeksiya düşüb və vəziyyəti kəskin pisləşərək, Ankaraya aparılmışdı.
Baş leytenant Prezident İlham Əliyev sərəncamı ilə “Füzulinin azad edilməsinə görə” və “Xocavəndin azad edilməsinə görə” medalları ilə təltif olunub.
Allah rəhmət eləsin!













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru