Qəzəblənmiş fil kütlənin üstünə hücum çəkdi və kişini tapdaladı VİDEO

29-07-2021, 22:50           
Qəzəblənmiş fil kütlənin üstünə hücum çəkdi və kişini tapdaladı VİDEO
Hindistanın Assam ştatının Qolagat bölgəsində qəzəblənmiş fil camaatın üstünə hücum edərək 45 yaşlı Paçkal Muru tapdaladı. Bu barədə Lenta.ru yazır. “Daily Mail” hadisə yerindən videokadrları yayımlayıb.

İyulun 25 -də, Moskva vaxtı ilə təxminən saat 17:30 radələrində 100-dək fil öz balaları ilə yolu keçirdilər. Kadrlardan görünür ki, camaat qırağa çəkilib fillərə yol verir. Yerli sakinlər asfalta vurmağa başlayıblar ki, fillər tez keçsinlər. Avtomobillərdə oturan insanlar isə bu prosesi daha da sürətləndirmək üçün avtomobil siqnallarından istifadə edib, uzun siqnallar verməyə başlayıblar.

Fillər, demək olar ki, meşəyə artıq keçəndə, birdən axırda gələn fil sürüdən aralanıb kütlənin üstünə hücum çəkib. Heyvanın diqqətini yolun kənarındakı xəndəyə yıxılan Mur çəkib. Fil bir neçə dəfə onun üstündən keçib və sonra onu asfaltın üzəri ilə sürüklədi. Xəsarət alan kişi xəstəxanaya yerləşdirib, lakin o, bir neçə saatdan sonra aldığı xəsarətlərdən elə xəstəxanada ölüb.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.