İsrail neft tankerinə ölümlə nəticələnən hücum

30-07-2021, 22:27           
İsrail neft tankerinə ölümlə nəticələnən hücum
İsrailə məxsus olan “Mercer Street” neft tankerinə ölümlə nəticələnən hücum edilib. Virtualaz.org xəbər verir ki, bunu RİA Novosti operator Zodiac Maritime-a istinadən yazır. Qeyd olunur ki, tankerinin iki heyət üzvü həlak olub.

Hadisə Ərəb dənizində Oman sahillərində baş verib. Hücum nəticəsində Rumıniya və İngiltərə vətəndaşları həlak olub. Hadisənin təfərrüatları hələ ki araşdırılır. Hücum edənlərin motivləri də məlum deyil.

Ekipaj üzvlərinin ölümü ilə nəticələnən hücum haqda 30 iyul tarixində məlum olub. Hücumun piratlar tərəfindən həyata keçirilməsi düşünülürdü, lakin bu günə qədər bu məlumat təsdiqlənməyib. Gəminin “Zodiac Group”-un sahibi, İsrail milyarderi Eyal Ofer ilə əlaqəli olduğu qeyd edilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru