Rusiyada polis rəisi məktəbli sevgilisini vəhşicəsinə öldürdü

31-07-2021, 00:03           
Rusiyada polis rəisi məktəbli sevgilisini vəhşicəsinə öldürdü
Rusiyanın Samara vilayətində 9-cu sinif şagirdinin meyiti tapılıb.

“Baza” “Telegram” kanalı məlumat verir ki, 16 yaşlı qızın qətlə yetirilməsində polkovnik-leytenant şübhəli bilinir.

Qeyd edilir ki, məmur məktəbli ilə sevgili olub. Onlar tez-tez rusiyalı məmurun avtomobilində görüşüblər.

Son zamanlar onların arasında gərginlik yaranıb. Yeniyətmə polkovnik-leytenantı onunla münasibətləri barədə hamıya deyəcəyi ilə hədələyib. Bu da cinayət hadisəsinin baş verməsinə səbəb olub.

Qıza 5 bıçaq zərbəsi endirilib. Şahidin sözlərinə görə, naməlum şəxs məktəblini uzun müddət torpağa sıxıb, sonra isə “Toyota” markalı avtomobilə minərək hadisə yerindən uzaqlaşıb.

Məlum olub ki, belə avtomobili polis polkovnik-leytenantı, ağır və xüsusilə ağır cinayətlərin açılması şöbəsinin rəisi idarə edir.

Həmin şəxs tutulub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru