Qətərin iqtisadiyyat naziri həbs edildi

4-08-2021, 06:49           
Qətərin iqtisadiyyat naziri həbs edildi
Qətərin iqtisadiyyat naziri Əli Şərif Əl-Əmadi korrupsiya və vəzifə səlahiyyətlərini aşma ittihamları ilə həbs edilib.

“Xəbər Xətti” xəbər verir ki, bu barədə Qətərin rəsmi QNA agentliyi məlumat yayıb.

Qeyd edək ki, 2013-cü ildən nazir postunu tutan Əl-Əmadi Qətər Mərkəzi Bankı və “Qatar Airways” aviaşirkətinin idarə heyətlərinin sədridir. O, eyni zamanda, 300 milyard dollar vəsaitə malik olan Qətər İnvestisiya Fondunun da rəhbərlərindən biridir.

Agentliyin məlumatında qətərli nazirin tezliklə məhkəməyə çıxarılacağı da bildirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru