Yunanıstanda meşə yanğınlarının baş verdiyi bölgədən 300-dən çox insan xilas edildi

4-08-2021, 07:28           
Yunanıstanda meşə yanğınlarının baş verdiyi bölgədən 300-dən çox insan xilas edildi
Yunan yanğınsöndürənləri Afinanın Varibobi şəhərətrafı qəsəbəsində güclü meşə yanğınlarının baş verdiyi ərazidən 300-dən çox vətəndaşı xilas edib.

Trend-in məlumatına görə, bu barədə brifinqdə vətəndaşların müdafiəsi işləri üzrə nazirinin müavini Nikos Hardalias bildirib.

Onun sözlərinə görə, bütün gecə işləyəcək yanğınsöndürənlər üç əsas sahədə - Afinanın şimalındakı Varibobi, Adames və Frakomakedones yaşayış məntəqələri yaxınlığında yanğını söndürür.

Daha əvvəl bu üç yaşayış məntəqəsinin sakinləri, eləcə də Olympiako-Horio kənd sakinləri təxliyə edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru