Canlı yayında intihara cəhd edən qazi xəstəxanaya yerləşdirildi

5-08-2021, 00:00           
Canlı yayında intihara cəhd edən qazi xəstəxanaya yerləşdirildi
Canlı yayında intihara cəhd edən qazi Bəhram Nuriyev xəstəxanaya yerləşdirilib.

Teref.az xəbər verir ki, bu barədə Musavat.com-a DİN Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib.

Elşad Hacıyev bildirib ki, hadisə barədə məlumat əldə etdikdən dərhal sonra həyata keçirilən təxirəsalınmaz tədbirlər çərçivəsində Bəhram Nuriyevin yeri müəyyən edilib.

DİN rəsmisi bildirib ki, B.Nuriyev polis əməkdaşları tərəfindən xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, B.Nuriyev bir neçə dəqiqə əvvəl özünün feysbuk səhifəsində açdığı canlı yayında damarlarını kəsib. O, səhhətində yaranan problemlə bağlı aidiyyəti qurumların doğru rəy vermədiyini, psixiatriya xəstəxanasına yerləşdirilməsi ilə bağlı qərarın ədalətsizlik olduğunu bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru