Pakistanda qaz balonunun partlaması nəticəsində 10 nəfər ölüb, 6 nəfər yaralanıb

9-08-2021, 07:47           
Pakistanda qaz balonunun partlaması nəticəsində 10 nəfər ölüb, 6 nəfər yaralanıb
Pakistanın Pəncab əyalətində baş verən yol qəzasında azı 10 nəfər ölüb, 6 nəfər yaralanıb.

APA “Geo News” telekanalına istinadən xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb.

Polisin məlumatına görə, hadisə Qucranvala şəhərində baş verib. Kiçikhəcmli yük maşını sərnişinlərlə dolu mikroavtobusa çırpılıb. Zərbənin gücündən avtobusun arxasında yerləşən qaz balonu partlayıb.

Yerli polisin məlumatına görə, 7 yaralı xəstəxanaya çatdırılıb, onlardan biri sonradan dünyasını dəyişib.

Xəstəxanadan yaralıların vəziyyətinin ağır olduğu bildirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru