“TIR” sürücüsü qarşısına çıxan avtomobil sahibinə həyatının dərsini verdi

9-08-2021, 22:05           
“TIR” sürücüsü qarşısına çıxan avtomobil sahibinə həyatının dərsini verdi
Magistral yolda əks istiqamətə çıxan sürücü "TIR"la burun-buruna gəldi. Qəza baş verməsə də məzəli anlar yaşandı.

Teref.az avtosfer.az-a istinadən bildirir ki, xarici ölkələrin birində əks yola çıxaraq qəza şəraiti yaradan sürücü həyatının dərsini alıb. "TIR" sürücüsü yoluna çıxan sürücünün üzərinə gələrək avtomobilini geri sürməyə məcbur edib. Sürücü manevrə başladığı nöqtəyədək geri gəlib və yenidən öz zolağına qayıtmalı olub.

Yük avtomobillərini ötməyə çalışan bəzi sürücülərin tələskənlik edərək əks yola çıxması çox zaman ağır qəzalarla nəticələnir. Bu videodakı sürücü yəqin bir də həyatı boyunca qarşı yolun təhlükəsizliyinə əmin olmadan manevrə başlamaz.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru