İsmayıllıda “Bədən tərbiyəsi və idman günü” qeyd edildi.
5-03-2016, 19:54
teref.az - 2015-ci il “Gənclər paytaxtı” seçilmiş İsmayıllının idmançıları üçün də uğurlu olub. Sambo və cüdo üzrə iki nəfər idmançı qız Avropa oyunlarında iştirak edib, poverliftinq üzrə bir nəfər Dünya çempionu, karate üzrə bir idmançı Avropa çempionu titulunu qazanıb. Müxtəlif idman növləri üzrə rayon idmançıları Respublika yarışlarında uğurla çıxış ediblər. 13 yaşlı qızlardan ibarət rayonun futbol komandası Respublika yarışında birinci yer tutub.
Bir sıra idman növləri üzrə yeniyetmələr və gənclər arasında keçirilən yarışlar, turnirlər, spartakiadalar üçün İsmayıllı məkan seçilib.
“Bədən tərbiyəsi və idman günü” ərəfəsində rayonun əksər yaşayış məntəqələrini əhatə edən idman yarışları keçirilib.
Bütün bunlar və digər nailiyyətlər barədə “Bədən tərbiyəsi və idman günü” ilə əlaqədar Heydər Əliyev Mərkəzində keçirilən bayram toplantısında rayon gənclər və idman idarəsinin rəisi Taleh Salehov ətraflı danışıb, idmançıları və bütün rayon gənclərini təbrik edib.
Rayon icra hakimiyyəti başçısının müavini Sevil Əhmədova Dövlət idman siyasətinin rayonda uğurla həyata keçirilməsindən, gənclərin intellektual və məşğulluq səviyyəsinin artırılması üçün görülən işlərdən danışıb, toplantı iştirakçılarını təbrik edib.
İl boyu daha çox uğur qazanan idmançılara Gİİ-nin hədiyyələri və fəxri fərmanları verilib.
8 Mart- Qadınlar bayramı münasibətilə rayonun gənclik həyatında fəal iştirak edən gənc qızlar da təbrik edilib, onlara RGİİ-nin fəxri fərmanları və hədiyyələri təqdim olunub.
Bütün əmək fəaliyyəti gənclər və gənclik təşkilatları ilə bağlı olan Sevil Əhmədovarayon gənclər və idman idarəsinin fəxri fərmanla təltif edilib.
teref.az