İtaliyada qasırğa olub, ölənlər və xəsarət alanlar var 11-09-2021, 00:17 İtaliyanın cənubundakı Antelleriya adasında baş verən qasırğa nəticəsində azı 2 nəfər ölüb.Bu barədə "La Repubblica" qəzeti məlumat yayıb.Məlumatda daha 9 insanın xəsarət aldığı bildirilir.Qəzet bildirib ki, azı 10 avtomobilə ziyan dəyib. Təbii hadisə digər mülki infrastrukturlara da ziyan vurub.///report Facebook-da paylaş