Yaponiyada gəmilər toqquşub, ölən və yaralanan var

12-09-2021, 10:38           
Yaponiyada gəmilər toqquşub, ölən və yaralanan var
Yaponiyanın cənub-qərbində Sasebo şəhərinin sahilində yük gəmisinin kiçik gəmi ilə toqquşması nəticəsində azı bir nəfər həlak olub, daha bir nəfər itkin düşüb.

“Report”un məlumatına görə, bu barədə “Kyodo” agentliyi bildirib.

Agentliyin məlumatına görə, hadisə nəticəsində yük gəmisi çevrilib. Xilasedicilər gəminin ekipajının üç üzvündən birini sahilinə çatdırıblar, ona xəsarət diaqnozu qoyulub.

Toqquşma yerində itkin düşən şəxsin axtarışları aparılır. Hadisənin başvermə şəraiti müəyyənləşdirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru