İrkutsk yaxınlığında təyyarənin sərt enişi nəticəsində bir nəfər həlak olub

13-09-2021, 07:14           
İrkutsk yaxınlığında təyyarənin sərt enişi nəticəsində bir nəfər həlak olub
L410 — regional hava yolları üçün nəzərdə tutulmuş iki mühərrikli təyyarədir. Bu təyyarə 1960-cı ildə Çexoslovakiyanın Let. müəssisəsi tərəfindən hazırlanıb. Təyyarənin kommersiya məqsədləri ilə istismarı 1973-cü ildə başlanıb.
Rusiyaya məxsus L-410 təyyarəsinin İrkutsk yaxınlığında sərt enişi nəticəsində bir nəfər həlak olub. Bu barədəd RİA Novosti-yə vahid növbətçi dispetçer xidmətindən məlumat verilib.

Xatırladaq ki, Rusiyanın L-410 sərnişin təyyarəsi tayqada sərt eniş etməyə məcbur olub. Göyərtəsində 16 nəfərin olduğu təyyarə İrkutsk yaxınlığında yerə enib.

Yerli xidmətlərin məlumatına görə hadisə zamanı təyyarədə yanğın olub.

Sərnişinlərdən biri doğmalarına zəng vura bilib. Təyyarənin axtarışına Mi-8 vertolyotu və xilasetmə qrupu cəlb olunub.

FHN təyyarənin sərt eniş etməsi faktını təsdiqləyib.

L410 — regional hava yolları üçün nəzərdə tutulmuş iki mühərrikli təyyarədir. Bu təyyarə 1960-cı ildə Çexoslovakiyanın Let. müəssisəsi tərəfindən hazırlanıb. Təyyarənin kommersiya məqsədləri ilə istismarı 1973-cü ildə başlanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru