Polislər britaniyalı azarkeşi mafiya lideri ilə səhv salaraq saxlayıb

15-09-2021, 00:01           
Polislər britaniyalı azarkeşi mafiya lideri ilə səhv salaraq saxlayıb
"Formula 1" üzrə Niderland Qran-prisi zamanı kuryoz hadisə baş verib.

Cebhe.info xəbər verir ki, yerli polislər yarışı izləmək üçün Böyük Britaniyadan gələn tamaşaçını mafiya başçısı ilə səhv salaraq saxlayıblar.

Həmin şəxsin adının Mark olduğu, Liverpuylda yaşadığı və Qran-priyə oğlu ilə birlikdə gəldiyi bildirilib. O, Haaqadakı restoranların birində şam edərkən saxlanılıb və məsələyə aydınlıq gəldikdən sonra sərbəst buraxılıb.

Markın 1993-cü ildə 10 adamın ölümünə səbəb olan partlayışlar təşkil etdiyi üçün ömürlük həbs cəzasına məhkum olunmuş İtaliya mafiyasının lideri Messina Denaro ilə səhv düşdüyü qeyd olunub. Denaro 19 il əvvəl həbsxanadan qaçıb və hələ də beynəlxalq axtarışdadır.

Qeyd edək ki, Niderland Qran-prisi 3 - 5 sentyabrda keçirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru