Taliban keçmiş zabiti edam etdi

16-09-2021, 00:03           
Taliban keçmiş zabiti edam etdi
Taliban döyüşçüləri Əfqanıstan Hərbi Hava Qüvvələrinin keçmiş zabitini güllələyib.

Axar.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

Bildirilib ki, yaraqlılar Heratda Zalmay Açakzai adlı zabiti əvvəlcə evindən çıxarıb, daha sonra isə edam edib.

Qeyd edək ki, bundan öncə Taliban keçmiş hökumətdə təmsil olunanların, o cümlədən hərbçi və polislərin həyatına hər hansı təhlükənin olmayacağını bəyan etmişdi.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.