29 il əvvəl həbsxanadan qaçan kişi kirayə pulunu ödəyə bilmədiyi üçün təslim oldu

16-09-2021, 07:32           
29 il əvvəl həbsxanadan qaçan kişi kirayə pulunu ödəyə bilmədiyi üçün təslim oldu
Avstraliyanın Yeni Cənubi Uels ştatında (NSW) həbsxanadan qaçan məhbus 29 ildən sonra təslim olub.

Onun illər sonra bu addımı atmasına koronavirus pandemiyasında işsiz qalması səbəb olub.

64 yaşlı Darko Desik narkotik maddə yetişdirdiyi üçün 3,5 il həbs cəzasına məhkum edilib və 13 ay həbsdə olduqdan sonra, 1992-ci il avqustun 1-də həbsxanadan qaçıb.

Bütün axtarışlara baxmayaraq, tapıla bilməyən Desikin Sidneyin şimal çimərliklərində məskunlaşdığı və təmir-tikinti işləri ilə məşğul olduğu bildirilib.

Ştatda koronavirusa görə təxminən 3 aydır davam edən ciddi qadağalar səbəbiylə işi tamamilə dayanan kişi kirayə pulunu ödəyə bilməyib.

Evdən çıxıb sahildə yaşamağa başlayan Desik dəmir barmaqlıqlar arxasında yaşamağın “evsiz” olmaqdan “daha asan” olacağını düşünərək polisə təslim olub.oxu












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru