Yüzə yaxın maşın gömrükdə qalıb - “Bizdən qanunsuz parkinq pulu istəyirlər“

17-09-2021, 15:45           
Yüzə yaxın maşın gömrükdə qalıb - “Bizdən qanunsuz parkinq pulu istəyirlər“
İki gündür yüzə yaxın yük maşını Azərbaycan-Gürcüstan sərhəddində - Sınıq Körpü gömrük-keçid məntəqəsində qalıb.

Sürücülər bildirirlər ki, tələb olunan qanunsuz haqqı ödəməkdilərinə görə onları sərhədi keçməyə qoymurlar: "Bizdən növbələrimiz çatana qədər yeni yaradılan parkinqdə gözləməyimiz tələb edilər, orada isə hər maşından 20 manat istəyirlər. Deyirik ki, əgər parkinq pulu ilə bağlı hansısa rəsmi sənəd varsa, bizə göstərin, amma tələbimizi eşidən yoxdur".

Sürücülər bildirirlər ki, bir neçə ildir Gürcüstana sement istehsal etmək üçün xammal daşıyırlar. Onların verdiyi məlumata görə, kömrükdən keçmək üçün "yaşıl dəhliz" sistemindən sitifadə edirlər. Bu sistem gömrükdən sürətli keçid imkanı verir. İndiyə qədər onlardan heç vaxt parkinq pulu tələıb edilməyib.

Dövlət Gömrük Komitəsindən isə "Turan"a bildiriblər ki, sürücülərdən hər hansı qanunusz ödəniş yığılmır.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru