ABŞ-da ailə faciəsi: Bütün ailə üzvlərini güllələyib intihar etdi - FOTO

19-09-2021, 09:46           
ABŞ-da ailə faciəsi:
ABŞ-ın Texas ştatında 15 yaşlı yeniyetmə ailəsinin üç üzvünü güllələyib və daha sonra özü isə intihar edib.

Hadisə Korpus Kristi şəhərində baş verib.

Belə ki, yeniyetmə valideynlərinin və 13 yaşlı bacısının öldürülməsindən sonra onların şəkillərini sosial şəbəkələrdə yerləşdirib.

O, yerli məktəbdə silahlı təcavüzü davam etdirməklə hədələyib.

Bundan sonra hüquq-mühafizə orqanlarının əməkdaşları onu axtarmağa başlayıblar və axşam saatlarında ailəyə məxsus mikroavtobus (furqonlu ev) tapılıb.

Yeniyetmə polisin tələblərini yerinə yetirməkdən və mikroavtobusdan çıxmaqdan imtina edib. Məmurlar sonra həmin yerdə intihar edən yenyetmənin cəsədini, habelə ailənin üç üzvünü və iki iti güllələnərək ölmüş vəziyyətdə tapıblar.


Mənbə: “İzvestiya”












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru